» » » “Qəbələ” Vətənə döndü

“Qəbələ” Vətənə döndü

“Qəbələ” Vətənə döndü2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşan "Qəbələ” Türkiyə toplanışını başa vurub. "Qırmızı-qaralar” Antalya hazırlıqlarının ikinci mərhələsinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi fiziki çalışmalardan ibarət olub. Fitnes zalında çalışan futbolçular qruplar şəklində müxtəlif təmrinləri icra ediblər. Bu məşqlə toplanışı yekunlaşdıran "Qəbələ” günün ikinci yarısında vətənə dönüb.
 
Xatırladaq ki, "qırmızı-qaralar” yanvarın 5-dən 17-nə və 21-dən fevralın 4-dək davam edən iki mərhələdən ibarət hazırlıq prosesində 6 yoxlama oyunu keçirib. Komandamız Antalya toplanışında Türkiyənin "Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin "Sürix” (0:1), Makedoniyanın "Rabotniçki” (2:1), Rusiyanın "Arsenal” (3:3), Çexiyanın "Bohemians” (1:3) və Makedoniyanın "Şkendiya” (0:2) klubları ilə üz-üzə gəlib.
133     
Reklam

Reklam