» » » Alesio: "Final matçına bərabər olduğunu hamımız anlayırdıq"

Alesio: "Final matçına bərabər olduğunu hamımız anlayırdıq"

Alesio: "Final matçına bərabər olduğunu hamımız anlayırdıq"Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün keçirilən Fransa – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Joze Alesio da Silva (Azərbaycan millisinin baş məşqçisi): "Komandam oyuna yaxşı hazırlaşmışdı., Fransa ilə oyunun bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq. Oyun ərzində müəyyən gərgin anlar oldu. Hətta hesabda geriyə də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar. Onlar məşq zamanı dediklərimi tətbiq etdilər. Ardıcıl 2 qol vurduq və hesabı lehimizə dəyişdikdən sonra psixoloji üstünlüyə də sahib olduq. Fransa millisi sona qədər mübarizə apardı. Onlar məğlubiyyətlə barışmaq istəmirdilər. İspaniya ilə oyunda qazandıqları 1 xal onlarda inam yaratmışdı. Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq. Bizi qrupda İspaniya ilə matç gözləyir. ¼ finala vəsiqəni təmin etməyimizə baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var. Təbii ki, ispanlar da mübarizəni davam etdirmək üçün qələbə qazanmağa çalışacaqlar”.
 
Pierre Jacky (Fransa millisinin baş məşqçisi): "İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq. Amma səhvlərə yol verdik və istədiyimizi reallaşdırmağı bacarmadıq. Bizim üçün mübarizə hələ başa çatmayıb. İspaniya – Azərbaycan oyununu nəticəsini gözləyəcəyik. Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millisi yer alacaq. Ümidimizi üzməmişik. Qazanılan nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm”.
137     
Reklam

Reklam