» » » Futzal millimiz Avropa Çempionatının ¼ finalda!

Futzal millimiz Avropa Çempionatının ¼ finalda!

Futzal millimiz Avropa Çempionatının ¼ finalda!Azərbaycan milli komandası Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində ilk oyununu keçirib. Fransa ilə qarşılaşan komandamız 5:3 hesabı ilə qələbə qazanıb. Thaqo Telez "Bolinyo”nun het-trik etdiyi oyunda digər qolları Everton Kordoso "Qalo” və Eduardo Borges vurub.
¼ final mərhələsinə vəsiqəni təmin edən millimiz qrupda son oyununu fevralın 4-də İspaniyaya qarşı keçirəcək. Yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45-də) başlayacaq oyun CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
139     
Reklam

Reklam