» » » Emin İmaməliyevin yetirmələri Gürcüstan toplanışını başa vurdu

Emin İmaməliyevin yetirmələri Gürcüstan toplanışını başa vurdu

Emin İmaməliyevin yetirmələri Gürcüstan toplanışını başa vurdu"Qəbələ”nin əvəzedici komandası Gürcüstan toplanışında növbəti yoxlama oyununu keçirib. Tiflisdəki hazırlıq çərçivəsində keçirdiyi ilk iki oyunda yerli "VİT-Corciya” (0:2) və "Saburtalo”nun əvəzedici komandası (1:0) ilə görüşən "qırmızı-qaralar” daha bir paytaxt təmsilçisi isə üz-üzə gəliblər. Komandamız "Lokomotiv”in əvəzediciləri ilə görüşüb. Qarşılaşmada 1 qol vurulub. Matçın 4-cü dəqiqəsində erkən qola sevinən meydan sahibləri minimal hesabla qalib gəliblər – 1:0. Buraxılan topdan sonra üstünlüyü ələ alan "Qəbələ” çoxsaylı qol imkanları əldə etsə də, rəqib qapısına yol tapa bilməyib.
Yanvarın 26-da start götürən təlim-məşq toplanışını başa vuran əvəzedicilər bu gün vətənə dönür. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda üç günlük istirahətə buraxılacaq. Əvəzedicilər 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlığını fevralın 5-də Qəbələdə bərpa edəcək.
165     
Reklam

Reklam