» » » Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalında

Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalında

İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil edilən Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

Eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi "Ulduz" qrup mərhələsinin son oyun günündə əvvəlcə yerli "Alcala De Henares” komandası ilə qarşılşıb və 6:1 hesabı ilə qələbə qazanıb. Növbəti oyunda Belçikanın "Zebre Çarleroi” komandası ilə üz-üzə gələn təmsilçimiz meydanı növbəti dəfə qalib tərk edib – 4:2. Beləliklə keçirdiyi dörd oyunun üçündə qələbə qazanan və bir qarşılaşmada məğlub olan "Ulduz” ¼ final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz fevralın 1-də, Bakı vaxtı ilə saat 16:00-da Fransanın "Reims” komandası ilə görüşəcək.

170     
Reklam

Reklam