» » » "Neftçi" Antalyada 5-ci görüşdə də məğlub oldu

"Neftçi" Antalyada 5-ci görüşdə də məğlub oldu

Türkiyədə təlim-məşq toplanışını başa vurmaq üzrə olan "Neftçi” bu gün sonuncu yoxlama görüşünü keçirib. Premyer.az xəbər verir ki, "ağ-qaralar” 5-ci sınaq matçında "Sileks” klubu ilə üz-üzə gəlib.

Makedoniya təmsilçisi ilə bir qədər əvvəl başa çatan qarşılaşmada bakılılar böyük hesabla məğlub olublar. İlk hissədə 2 qol vuran "Sileks” fasilədən sonra daha bir dəfə də fərqlənib.
Qeyd edək ki, "Neftçi” toplanış çərçivəsində buna qədər keçirdiyi yoxlama görüşlərində "SKA Xabarovsk” (Rusiya - 1:8), "Slaviya” (Bolqarıstan - 0:1), "Konkordiya” (Rumıniya - 0:1) və "Krılya Sovetov”a (Rusiya - 0:2) da məğlub olub.
 
 
Yoxlama görüşü
30 yanvar 2018
 
"Neftçi" (Azərbaycan) - "Sileks" (Makedoniya) - 0:3
"Neftçi”: Səlahət Ağayev, Fərid Abbaslı (Mayk Kampaz, 46), Kirilo Petrov, Elvin Sərkərov, İlkin Qırtımov, Rəşad Sadiqov (k), Derlis Meza Kolli, İqnasio Errera, Namik Ələskərov, Fransisko Qarsiya, Mirabdulla Abbasov (Lukas Qomez, 46)
Ehtiyat oyunçular: Kamran İbrahimov, Elçin Əsədov
122     
Reklam

Reklam