» » » Millimiz 2018-ci ilin ilk qarşılaşmasında sülh bağladı (FOTOLAR)

Millimiz 2018-ci ilin ilk qarşılaşmasında sülh bağladı (FOTOLAR)

Millimiz 2018-ci ilin ilk qarşılaşmasında sülh bağladı (FOTOLAR)Azərbaycan Milli komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün yeganə yoxlama oyununu keçirir. Premyer.az Antalyadan xəbər verir ki, millimizin rəqibi Moldova yığmasıdır. Bu oyun Qurban Qurbanovun əsas komandamızın baş məşqçisi postunda ilk sınağıdır.
 
46 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruduğu komandanı ilk matça çıxarır. Eyni zamanda "Qarabağ”ı çalışdıran Qurbanov ən yaxşı bombardiri olduğu millidə fəaliyyətini qələbə ilə başlamağa iddialıdır.
Eyni zamanda yığmamız bu oyunla yeni futbol ilinə start vermiş olacaq. Bu ilə Antalyada start verən komandamızın rəqibi olan Moldova isə artıq 1 matça çıxıb. Onlar yanvarın 27-də Cənubi Koreya ilə qarşılaşıb. 0:1 hesabı ilə uduzan rəqibimiz ilk qol və ilk uğur üçün yığmamızı büdrətməyə çalışacaq. Çünki onlar da yeni baş məşqçi Aleksandr Spiridonun rəhbərliyi altında ilk toplanışa yollanıb və onun debütündə uduzub.
Son matçını ötən il oktyabrın 8-də səfərdə Almaniyaya qarşı keçirən komandamız 3 aydan artıq vaxtdan sonra meydana çıxacaq. Millimiz 114 gündən sonra növbəti sınaq qarşısındadır.
 
Yoldaşlıq oyunu
30 yanvar 2018-ci il
20:00. Azərbaycan – Moldova 0:0
Hakimlər: Hüseyin Göçek, Bahattin Duran, Tarık Onqun, Barış Şimşək
"Mardan” stadionu
 
Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (K), 22. Əfran İsmayılov, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16.Cavid Hüseynov, 15.Ruslan Abışov, 4.Pavel Paşayev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Rəşad Əzizli, 25. Elvin Yunuszadə, 18. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 10. Ruslan Qurbanov, 21. Təmkin Xəlilzadə, 8. Bəhlul Mustafazadə, 28. Cavid İmamverdiyev, 29. Anton Krivotsyuk, 3. Maqomed Mirzəbəyov, 17. Rəhman Hacıyev, 9. Emin Mahmudov
 
Baş məşqçi: Qurban Qurbanov
 
Moldova: 1. İlye Çebanu, 2. İon Jardan, 4. Petru Racu, 5. Vyaçeslav Posmaç, 7. Andrey Kojokaru (K), 9. Aleksandru Antonyuk, 22. Anton Rozgonin, 20. Alekdandre Paşenko, 10. Aleksandru Dedov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros
 
Baş məşqçi: Aleksandr Spiridon
FOTOLAR: İlkin Baba /Premyer.az /Antalya

289     
Reklam

Reklam