» » » Qurban Qurbanov: "Hamı kimi mən də bunu ilk gündən hiss elədim"

Qurban Qurbanov: "Hamı kimi mən də bunu ilk gündən hiss elədim"

Qurban Qurbanov: "Hamı kimi mən də bunu ilk gündən hiss elədim"Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun dünən brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Premyer.az baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
 
"Milli komandada məsuliyyət daha böyükdür. Hamı kimi mən də bunu ilk gündən hiss elədim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi izah etməliyəm. Milliyə gələnlər peşəkardırlar və bilirik ki, fikrimiz ancaq burada olmalıdır. Bütün oyunçuları tanıyırıq, güvənirik. İstərdik ki, uğurlu start verək, amma dediyim kimi, bir oyun çox azdır. Sabahkı oyunda düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldova yığmasının Cənubi Koreya millisi ilə oyununun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmiş olmalarıdır. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir. Məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır”.
 
İlkin Baba / Premyer.az / Antalya
218     
Reklam

Reklam