» » » "Ayaks" klubunun yetirməsi "Kəpəz"də

"Ayaks" klubunun yetirməsi "Kəpəz"də

"Ayaks" klubunun yetirməsi "Kəpəz"dəÇempionatın ikinci hissəsinin hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Kəpəz" heyətini yeni oyunçu ilə gücləndirə bilər. Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi düşərgəsinə yeni futbolçu cəlb edib. 

"Sarı-göylər"in baş məşqçisi Yunis Hüseynov Rumıniyanın "Konkordiya" klubundan ayrılan Milano Koendersi baxışdan keçirir. 31 yaşlı mərkəz müdafiəçisi toplanış çərçivəsində özünü yaxşı tərəfdən göstərə bilsə, komandada saxlanılacaq. 
Koenders Hollandiyanın məşhur "Ayaks" klubunun yetirməsidi. 10 il Amsterdam təmsilçisinin aşağı yaş qrupları üzrə komandalarında forma geyinən oyunçu daha sonra "Valveyk", "Alkmaar", NEC, "Sparta" və "Herakl" kimo komandalarda top qovub. 
2016-cı ildən "Konkordiya"da oynayan müdafiəçi Hollandiyanın aşağı yaş qrupları üzrə milli komandalarında ümumilikdə 5 oyun keçirib.
407     
Reklam

Reklam