» » » Azərbaycanlı futbol menecerindən növbəti TRANSFER (FOTOLAR)

Azərbaycanlı futbol menecerindən növbəti TRANSFER (FOTOLAR)

Azərbaycan azarkeşlərinə Qusarın "Şahdağ" klubundakı çıxışı ilə tanınan İran futbolçusu Abbas Sokangirin keçən mövsüm Gürcüstanın Birinci Divizionunda mübarizə aparan və qonşu ölkənin azərbaycanlılar yaşayan Marneuli bölgəsini təmsil edən "Algeti" komandasına transferi haqqında oxucularımıza məlumat vermişdik. 
 
24 yaşlı müdafiəçinin meneceri, həmyerlimiz Cavid Abdiyevin Premyer.az saytına verdiyi məlumata əsasən, Abbas Sokangir bu günlərdə artıq yeni klubla müqavilə imzalayıb. Gənc futbolçu bundan sonra Gürcüstanın İkinci Superliqa adlandırılan divizionda çıxış edən "Tskhinvali" komandasının şərəfini qoruyacaq. Klubla futbolçu arasında 6+6 sxemi üzrə müqavilə imzalanıb. 
 
 
Qeyd edək ki, gənc menecer Cavid Abdiyev də Azərbaycanın futbol azarkeşlərinə yaxşı tanışdır. Belə ki,  Abdiyev vaxtı ilə "Turan Tovuz", "Ağsu", "Şahdağ" və "Şəmkir" kimi klubların şərəfini qoruyub.
462     
Reklam

Reklam