» » » TRANSFER: I Divizionun bir iddialı klubundan digərinə keçdi - ÖZƏL

TRANSFER: I Divizionun bir iddialı klubundan digərinə keçdi - ÖZƏL

TRANSFER: I Divizionun bir iddialı klubundan digərinə keçdi - ÖZƏLBirinci Divizionun iddialı klublarından olan "Şüvəlan" FK qış fasiləsi zamanı yeni transfer reallaşdırıb. Premyer.az  saytının əldə etdiyi məlumata əsasən, klub, bu mövsüm çempionluq uğrunda mübarizə aparan digər iddialı komandanın - "Binə"nin  gənc müdafiəçisi Cəmil Rəhimlini sıralarına qatıb. 23 yaşlı futbolçu ilə dünən bir illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Rəhimli karyerası ərzində "Xəzər Lənkəran", "Rəvan", "Neftçala", "Qaradağ Lökbatan", "Şəmkir" və "Binə" kimi klublarının şərəfini qoruyub. "Neftçala" komandasının  heyətində Cəmil Rəhimli iki dəfə - 2014/15 və 2015/16 mövsümlərində Birinci Divizionda çempionluq sevinci də yaşayıb.
 
Premyer.az
578     
Reklam

Reklam