» » » Ukrayna yığmasının sabiq futbolçusu "Kəpəz"də

Ukrayna yığmasının sabiq futbolçusu "Kəpəz"də

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz"in düşərgəsinə yeni futbolçu qoşulub. Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, Gəncə klubu baxışa ukraynalı futbolçu dəvət edib.  

Son olaraq Ukraynanın "Avanqard" klubunda çıxış edən İqor Korotetski "sarı-göylər"in düşərgəsində baxışdadı. 30 yaşlı ukraynalı ampluaca müdafiəçidi. Ukraynanın gənclərdən ibarət yığma komandalarında oynamış Korotetski yoxlama matçlarında özünü yaxşı tərəfdən göstərə bilsə, komandada saxlanacaq.
Korotetskinin karyerası öz ölkəsi ilə bağlıdı. O, "Şaxtyor", "Krivbass", "Zorya", "Matallurq" və "Qoverla" kimi komandalarda top qovub.
354     
Reklam

Reklam