» » » Braziliyalı ulduz futbolçu Türkiyə klubunda!

Braziliyalı ulduz futbolçu Türkiyə klubunda!

Braziliyalı ulduz futbolçu Türkiyə klubunda!Braziliya millisinin sabiq futbolçusu Robinyonun yeni klubu məlum olub. 33 yaşlı vinger karyerasını Türkiyədə davam etdirəcək. O, Super Liqa təmsilçisi "Sivasspor"la aparılan uzun danışıqlardan sonra anlaşa bilib. Robinyo sabah Türkiyəyə gələcək və tibbi müayinədən keçəcək. Müqavilənin detalları isə açıqlanmayıb.
Məlumatı komandanın baş məşqçisi Samet Aybaba da təsdiq edib: "Robinyo ilə böyük ölçüdə anlaşdıq. Müqavilə müddədti 1.5 illik nəzərdə tutulub. Son detallar müzakirə edilir".
Qeyd edək ki, "Santos"un yetirməsi olan ulduz futbolçu karyerası ərzində "Real", "Mançester Siti" və "Milan" kimi klublarda oynayıb. Braziliya millisində 100 oyuna 28 qol vuran Robinyonun son klubu ölkəsinin "Atletiko Mineyro" komandası olub.
350     
Reklam

Reklam