» » » TRANSFER: "Sabah" klubu yeni qapıçı ilə güclənir - ÖZƏL

TRANSFER: "Sabah" klubu yeni qapıçı ilə güclənir - ÖZƏL

TRANSFER: "Sabah" klubu yeni qapıçı ilə güclənir - ÖZƏL"Sabah" Futbol Klubu qış fasiləsində heyətini gücləndirməkdə davam edir. Premyer.az saytının əldə etdiyi məlumata əsasən, bu dəfəki transfer - "Kəpəz"dən ayrılan Ruzi Qiyaslıdır. 23 yaşlı gənc qapıçı ilə yaxın günlərdə müqavilə imzalanacaq.
 
Qeyd edək ki, 22 noyabr 1994-cü ildə Tovuzda anadan olan Ruzi Qiyaslı karyerası ərzində "Turan", "Neftçi", "Ağsu", "Qaradağ Lökbatan", "Şəmkir" və "Kəpəz" klublarının formasını geyinib.
 
Son bir ili Gəncə təmsilçisinin heyətində keçirən Qiyaslı, artıq yeni komandasının heyətində təlim-məşq toplanışında iştirak edir.
330     
Reklam

Reklam