» » » Bu Azərbaycan futboludu, sabah nə olacağını bilmək olmaz...

Bu Azərbaycan futboludu, sabah nə olacağını bilmək olmaz...

Bu Azərbaycan futboludu, sabah nə olacağını bilmək olmaz...Azərbaycan milli komandasının üzvü Rauf Əliyev "Keşlə”də 6 ay pulsuz oynamağa razı imiş.

Premyer.az Futbol11.az saytına istinadən xəbər verir ki, mövsüm ərzində iki klubda oynayan və 3-cü kluba keçmək imkanı qanuni cəhətdən mümkün olmayan Rauf problemlə ayrıldığı "Keşlə”yə qayıtmağa hazır imiş. Amma şərti olan Rauf 6 aylıq müqavilə istəyirdi və bunun qarşılığında pul tələb etmirdi. Lakin "Keşlə” hətta Raufun "pulsuz oynayım” istəyinə də qarşı çıxıb və onu heyətə ancaq ilyarımlıq müqavilə qarşılığında cəlb edəcəyini bildirib. 
Son söhbət zamanı isə tərəflər heç cür razılıq əldə edə bilməyiblər və Əliyevin "Keşlə”də oynamayacağı bu dəqiqə üçün dəqiqləşib. Amma bu Azərbaycan futboludu, sabah nə olacağını bilmək olmaz.
Qeyd edək ki, təcrübəli futbolçu Albaniyanın "Kukesi" klubundan ayrılıb.
312     
Reklam

Reklam