» » » TRANSFER: "Sabah" FK 4 futbolçu ilə gücləndi

TRANSFER: "Sabah" FK 4 futbolçu ilə gücləndi

TRANSFER: "Sabah" FK 4 futbolçu ilə gücləndi"Sabah" Futbol Klubu qış fasiləsində heyətini daha 4 futbolçu ilə gücləndirib.
Son klubu "Xəzər" olan Əmrah Əliyev cari mövsümün sonuna kimi komandamızın şərəfini qoruyacaq. Ampluaca müdafiəçi olan Əmrah, peşəkar karyerası ərzində "Neftçi" AZAL klublarında da forma geyinib.
Yarımmüdafiəçi Emin Mehdiyev isə mövsümün sonuna kimi icarə əsasında "Sabah" Futbol Klubunda çıxış edəcək. Müqavilə ilə "Səbail"ə məxsus olan, vaxitlə U-21 millimizə də dəvət alan futbolçu "Neftçi", "Sumqayıt" və "Zaqatala" klublarında çıxış edib.
Cari mövsümün ilk yarısını "Qaradağ Lökbatan" klubunda çıxış edən Emin Mirzəliyev də komandamızla mövsümün sonuna kimi müqavilə imzalayıb. Ampluaca dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Emin peşəkar karyerası ərzində "Turan" və "Neftçala" klublarında da forma geyinib.
Komandamızın heyətinı qatdığı daha bir futbolçu isə iranlı hücumçu Şahin Baleljaeedir. Şahin peşəkar karyerası ərzində "Melevan" (İran), "Perspolis" (İran), "Şuşa", "Şəmkir", "İnter" (hazırki "Keşlə") və "Xəzər" klubunda çıxış edib.
404     
Reklam

Reklam