» » » "Keşlə" 3-cü yoxlama matçında qalib gəldi

"Keşlə" 3-cü yoxlama matçında qalib gəldi

"Keşlə" 3-cü yoxlama matçında qalib gəldiMəlumat verdiyimiz kimi, qış təlim-məşq toplanışına Bakıda hazırlaşan "Keşlə” FK bu gün üçüncü yoxlama matçını keçirib.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda komanda "Zirə" FK ilə qarşılaşıb. Oyundan öncə komandalar 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Matç 2:1 hesabıyla "Keşlə" FK-nın xeyrinə başa çatıb.
"Keşlə"nin heyətində Sinan Akkoyun və Əlibəy Məmmədli fərqləniblər.
Xatırladaq ki, "Keşlə” daha öncə "Qaradağ-Lökbatan”la (3:1) və Neftçi FK (2:1) ilə yoxlama matçı keçirmişdi.
142     
Reklam

Reklam