» » » Rauf Əliyev iddialı klubun düşərgəsinə qoşulacaq

Rauf Əliyev iddialı klubun düşərgəsinə qoşulacaq

Azərbaycan milli komandasının üzvü Rauf Əliyev Futbol11.az saytına açıqlama verib.
Premyer.az bildirir ki, açıqlamada Əliyev sabiq klubu "Keşlə”yə qayıtmaq məsələsinin demək olar ki, reallaşmadığını bildirib. Əliyev klubun təklif etdiyi ilyarımlıq müqaviləyə razılaşmadığını  söyləyib. Məsələ burasındadır ki, Əliyev mövsüm ərzində iki klubda oynayıb. Bunlar "Keşlə” və "Kukesi”dir (Albaniya). Bu isə o deməkdir ki, Əliyev qarşıdakı 6 ayı klubsuz keçirməlidir. Qaydalar bir futbolçuya eyni mövsümdə  3 fərqli klubda oynamaq imkanı vermir.
Bizdə olan məlumata görə, "Keşlə”nin tələbi ilə razılaşmayan Əliyev yerli iddialı klubların birinin düşərgəsinə qoşulacaq. Və yeni mövsümün startında yenidən rəsmi oyunlara çıxacaq. 
Qeyd edə ki, karyerasının böyük hissəsi "Qarabağ”a bağlı olan oyunçu "Bakı”, "Xəzər Lənkəran” kimi iddialı klublarda da oynayıb.

456     
Reklam

Reklam