» » » "Səbail"in futbolçuları çəlləyə nəyə görə girdilər? FOTO

"Səbail"in futbolçuları çəlləyə nəyə görə girdilər? FOTO

Daha öncə də Premyer.az saytının xəbər verdiyi kimi, bu gün Sumqayıt şəhərindəki "Kapital Bank Arena"da  "Sumqayıt” və "Səbail” komandaları arasında yoxlama oyunu keçirilib. Qarşılaşma 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. "Səbail"in qollarını Nurlan Novruzov və Vüqar Nadirov vurub.
 
Oyundan sonra Vüqar Nadirov öz Instagram səhifəsində maraqlı şəkil paylaşıb. Belə ki, futbolçu, komanda yoldaşı Stati Ayronla birlikdə çəlləyə girərək poz veriblər. Şəkilə şərh yazan izləyicinin sualına cavab olaraq Vüqar Nadirov bildirib ki, onlar çəlləkdə ayaqlarını buzlu suya salaraq, oyunun yorğunluğunu çıxardırlar.
"Səbail"in futbolçuları çəlləyə nəyə görə girdilər? FOTO
308     
Reklam

Reklam