» » » Emre Can “Liverpul”da qalır?

Emre Can “Liverpul”da qalır?

Emre Can “Liverpul”da qalır?Emre Can "Liverpul”la müqaviləsini yeniləyə bilər. 
Bu haqda türk əsilli futbolçu özü açıqlama verib:
"Menecerim vəziyyətə nəzarət edir. Yaya qədər "Liverpul”dayam. Hazırda çoxları ilə danışıqlar aparırıq. Təbii ki, hazırkı klubumda müqaviləni yeniləməyim mümkündür. Niyə də yox? "Liverpul” möhtəşəm klubdur. 
Hazırda gələcəklə bağlı çox düşünmürəm. Bütün fikrimi oyunuma yönəltmişəm. Qalan işlərlə menecerim məşğuldur”. 
Qeyd edək ki, bir müddət əvvəl Emre Canın "Yuventus”a transfer olunacağı, yeni klubunda ildə 5 milyon qazancağı barədə xəbərlər yayılmışdı. Almaniya yığmasının üzvünün hazırkı klubu ilə sözləşməsi bu ilin yayında bitir.
60     
Reklam

Reklam