» » » Yaponiya klubundan millimizə gəldi

Yaponiya klubundan millimizə gəldi

Yaponiya klubundan millimizə gəldiAvropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub.
Karyerasını Yaponiyanın "Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün səhər saatlarında Bakıya gəlib. Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək, Braziliyaya baş çəkən futzalçı bu gün Olimpik Starda keçiriləcək məşqə qoşulacaq.
Qeyd edək ki, ötən ilin aprelində Bakıda Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etmiş Fineo dekabrda İrandakı beynəlxalq turnirə çağırılmayıb. Yaponiya ilə məsafənin uzaq, saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərib.
144     
Reklam

Reklam