» » » AFFA lisenziyasız futbolçu oynadan klubu cəzalandırdı

AFFA lisenziyasız futbolçu oynadan klubu cəzalandırdı

AFFA lisenziyasız futbolçu oynadan klubu cəzalandırdıBu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul edilib.
 
14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasında "Avanqart” – "Baku Fire-2” matçının 44-cü dəqiqəsində "Avanqart” klubunun 7 №-li futbolçusu Rufin Sarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Oyunun 49-cu dəqiqəsində "Baku Fire-2” klubunun 4 №-li futbolçusu Fərrux Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasında "Gənclik” – "Baker Hughes” matçında "Baker Hughes” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
125     
Reklam

Reklam