» » » Divizion qarşılaşmasında baxışda olan futbolçular fərqləndi

Divizion qarşılaşmasında baxışda olan futbolçular fərqləndi

Qış fasiləsində hazırlıqlarını davam etdirən Birinci Divizion təmsilçiləri "Sabah" və "Binə" bu gün yoldaşlıq oyununda bir araya gəliblər.

Premyer.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən qarşılaşma hər iki komanda üçün seleksiya xarakteri daşıyıb. 
 
"Sabah" komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda qonaq komandanın heyətində, baxışda olan futbolçular - Yakov Qorodov və Şahin Baleljaee fərqləniblər. 
 
Meydan sahiblərinin heyətində isə qola, klubda baxışda olan "Mil Muğan" komandasının futbolçusu Comərd Baxşəliyev imza atıb.

311     
Reklam

Reklam