» » » "Keşlə"dən növbəti TRANSFER

"Keşlə"dən növbəti TRANSFER

Qış fasiləsi dönəmində heyətində ciddi dəyişikliklər edən "Keşlə" klubu növbəti transferini reallaşdırmağa hazırlaşır. Premyer.az Futbol11.az saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi serbiyalı futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək.

Söhbət bir müddətdi komandanın düşərgəsində baxışda olan Nemanya Stayanoviçdən gedir. Komandanın baş məşqçisi Yuri Maksimov "Qaradağ Lökbatan" və "Neftçi" ilə yoxlama görüşlərində baxışdan keçirdiyi futbolçu ilə bağlı qərar verib. Ukraynalı çalışdırıcı dayaq yarımmüdafiəçisinin oyununu bəyənib və onunla müqavilə imzalanmasına razılıq verib.
Maksimov Nemanyanın "Qaradağ Lökbatan"a qarşı oyunundan razı qalmasa da, "Neftçi" ilə qarşılaşmadakı performansını bəyənib. Onunla yaxın günlərdə 6 aylıq müqavilə imzalanacaq. 
Xatırladaq ki, "Keşlə" qış transfer dönəmində Pablo Podio, Herve Tçami, Kamran Ağayav, Vaqif Cavadov və Məqsəd İsayevi rənglərinə bağlayıb.

210     
Reklam

Reklam