» » » Ayxan Abbasov getdi, Sadıqovun köməkçisi ona qoşuldu...

Ayxan Abbasov getdi, Sadıqovun köməkçisi ona qoşuldu...

"Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov Azərbaycanı tərk edib. Premyer.az Futbol11.az saytına istinadən xəbər verir ki, gənc çalışdırıcı Pro kurslarının tələbi olaraq Belarusa yollanıb. Abbasov bu mərhələdən sonra daha 4 dəfə təhsil aldığı ölkəyə yollanacaq və daha sonra imtahan verəcək. 

Analoji qayda U-21 millimizin məşqçisi, Rəşad Sadıqovun köməkçisi Aftandil Hacıyev üçün də keçərlidir. Bu səbəbdən Türkiyənin Antalya şəhərindəki toplanışı tərk edən Hacıyev Belarusa yola düşüb. Kursun budəfəki mərhələsi sabah başa çatacaq. 
 
Qeyd edək ki, mütəxəssislə PRO kurslarının əvvəlki mərhələsində də işitrak ediblər. 


173     
Reklam

Reklam