» » » "Kəpəz"in ən son TRANSFER xəbərləri

"Kəpəz"in ən son TRANSFER xəbərləri

Təlim-məşq toplanışını ölkə daxilində davam etdirən "Kəpəz"də baxışda olan futbolçularla bağlı qərar verilib. Premyer.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov oyunçularla bağlı qərarını açıqlayıb.  

Mütəxəssis baxışda olan 5 oyunçunu bəyənməyib. Belə ki, Saşa Yunisoğlu, Ruslan Tağızadə, Elxan Cəbrayılov, Tural Nərimanov və Elşən Rzazadənin hazırlıq səviyyəsi onu qane etməyib. Bu səbəbdən adıçəkilən futbolçular düşərgəni artıq tərk ediblər.
Hüseynov braziliyalı Dieqo Souza ilə bağlı qərar verməyə tələsmir. Çalışdırıcı karyerasının ən yaxşı dönəmini "Xəzər Lənkəran"da keçirən "sambaçı"nın bacarığına bələd olsa da, onu bir neçə yoxlama oyununda sınamağı düşünür. Futbolçu ümidləri doğrultsa, onunla sözləşmə imzalanacaq. 
Qeyd edək ki, Gəncə klubu qış transfer dönəmində Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov, Sergey Litovçenko, Giuli Manjqaladze və Dario Frederikonu rənglərinə bağlayıb.
 
FOTO: RAUF İSKƏNDƏROV

166     
Reklam

Reklam