» » » "Sumqayıt" gənc ulduzunu geri qaytardı (FOTO)

"Sumqayıt" gənc ulduzunu geri qaytardı (FOTO)

Çempionatın ikinci hissəsinin hazırlıqlarını davam etdirən "Sumqayıt" klubunun düşərgəsinə yeni futbolçu qoşulub. Premyer.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi sabiq oyunçusunu heyətə cəlb edib.

Söhbət mövsümün ilk hissəsini "Qarabağ"ın U-19 və əvəzedici komandasında keçirən Süleyman Əhmədovdan gedir. "Kimyaçılar"ın baş məşqçisi Samir Abbasov mövsümün ikinci yarısında gənc futbolçunun xidmətindən yararlanmaq niyyətindədir.
Qeyd edək ki, Əhmədov UEFA Gənclər Liqasında "Qarabağ"ın heyətində çıxış edib.


180     
Reklam

Reklam