» » » Koutinyo "Barselona"ya nəyə görə keçdiyini AÇIQLADI

Koutinyo "Barselona"ya nəyə görə keçdiyini AÇIQLADI

"Barselona"nın debütantı Filipe Koutinyo yeni klubuna keçidi haqda danışıb.
«Ailəm olmasaydı, bəlkə də "Barselona"ya keçməzdim. Təqdimat zamanı onların necə xoşbəxt olduğunu gördüm. Onlar mənim üçün çox vacibdirlər.
Futbol mənə həyatda nə lazımdırsa verib. Onun sayəsində mən ailəmə istədiyim qədər yardım edə və təhlükəsiz bir ölkədə yaşaya bilərəm.
"Espanyol"da oynayarkən Barselonada 5 ay yaşamışam. Bura çox gözəl yerdir.
Suareslə yenidən bir yerdə oynamaq mənim üçün xoşdur. İspan dilini bilməsəm də, onun sayəsində bəzi şeyləri başa düşürəm», – deyə Koutinyo qeyd edib.
112     
Reklam

Reklam