» » » "Binə" klubuna yeni baş məşqçi təyin edildi

"Binə" klubuna yeni baş məşqçi təyin edildi

"Binə" klubuna yeni baş məşqçi təyin edildiBirinci Divizion təmsilçisi "Binə”nin yeni baş məşqçisi məlum olub. Premyer.az xəbər verir ki, komandanı bundan sonra İsmayıl Hüseynov çalışdıracaq. Klub rəhbərliyi yeni baş məşqçi ilə 1,5 illik müqaviləyə imza atıb.

Məşqçilik karyerasına 1996-2000-ci illərdə Rusiyanın "Dinamo" (Murmansk) komandasında başlayan İsmayıl Hüseynov burada əvvəlcə köməkçi məşqçi, daha sonra baş məşqçi vəzifələrində çalışıb. 2005-ci ildən etibarən "Neftçi"də məşqçi kimi fəaliyyət göstərən sözügedən mütəxəssis 2008-ci ildə bu klubun U-19 komandası ilə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. O, 2009-cu ildə isə "Neftçi"nin U-15 komandası ilə Azərbaycan çempionatının finalçısı olub.
Hüseynov 2011-ci ildə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", 2012-ci ildə isə "Əməkdar Məşqçi" adlarına layiq görülüb.
446     
Reklam

Reklam