» » » "Kəpəz"dən ayrılan futbolçu yeni klubda

"Kəpəz"dən ayrılan futbolçu yeni klubda

"Kəpəz"dən ayrılan futbolçu yeni klubdaI Divizion təmsilçisi "Xəzər" qış fasiləsində daha bir transferini reallaşdırıb.

Premyer.az xəbər verir ki,əldə olunmuş razılığa əsasən, qış fasiləsinə qədər Premyer Liqada "Kəpəz"in bütün oyunlarında meydana çıxmış Novruz Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Ölkə çempionatında 200-dən çox oyun keçirmiş Novruz Məmmədov Premyer Liqa karyerasına 2008-ci ildə "Muğan” klubunda başlayb, daha sonra isə "Bakı", "Rəvan” və AZAL klublarında oynayıb.
Qeyd edək ki, "Xəzər” qış fasiləsində buna qədər Tanrıverdi Məhərrəmli, Ramil Həsənov, Aydın Qasımov və Bəxtiyar Soltanovla anlaşmışdı.
168     
Reklam

Reklam