» » » Pedofiliyaya görə həbs edilən İngiltərə millisinin sabiq oyunçusu futbola qayıda bilər

Pedofiliyaya görə həbs edilən İngiltərə millisinin sabiq oyunçusu futbola qayıda bilər

Pedofiliyaya görə həbs edilən İngiltərə millisinin sabiq oyunçusu futbola qayıda bilərİngiltərənin "The Sun" nəşri xəbər verir ki, "Sanderlend" klubunun keçmiş futbolçusu Adam Conson həbsxanadan çıxdıqdan sonra futbola qayıtmaq haqqında düşünür.
 
Premyer.az bildirir ki, futbolçu 2016-cı ildə pedofiliyaya görə 6 il həbs cəzasına məhkum olunmuşdu. İngiltərə millisinin də formasını geyinmiş Conson, 2019-cu ildə azadlığa çıxmaq niyyətindədir. Bununla əlaqədar futbolçunun iki dəfə verdiyi apellasiya, məhkəmə tərəfindən rədd edilib.
 
Bundan əlavə nəşr xəbər verir ki, Milad ərəfəsində Conson həbsxanada "Sanderlend"in yeni formasında futbol da oynayıb və heç də məyus görsənməyib.
 
Futbolçu həftə ərzində bir neçə saat trenajor zalında məşğul olaraq, öz fiziki formasını saxlamağa çalışır. Həbsxanadan çıxandan sonra Conson öz doğma komandasına qayıtmaq istəyir.
89     
Reklam

Reklam