» » » “Zirə” Azərbaycan millisinin üzvünü transfer etmək istəyir

“Zirə” Azərbaycan millisinin üzvünü transfer etmək istəyir

Topaz Premyer Liqasında iddialılar qrupunda yer alan "Zirə” transfer çalışmalarını davam etdirir. 4 yerli oyunçu ilə anlaşan "Zirə” bundan sonra xarici bazarda işləməyə üstünlük verəcək.

Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov xarici bazarda da yerli statusu olan oyunçulara üsünlük vermək niyyətindədir. Bu siyahının 1-ci pilləsində Ufuk Budak gəlir. Berti Foqtsun dönəmində milliyə cəlb olunan Ufuk universallığı ilə seçilən oyunçudur. Ayxan Abbasov bütün bunları nəzərə alıb, Ufuk variantını müzakirə edir.
Qeyd edək ki, son olaraq "Samsunspor”da çıxış etmiş Budakın Superliqa təcrübəsi də var. 28 yaşlı oyunçunun xidmətində sabiq klubu "Manisaspor” da maraqlıdır.

119     
Reklam

Reklam