» » » "Binə"nin müdafiəçisi Premyer Liqa klubunda

"Binə"nin müdafiəçisi Premyer Liqa klubunda

"Binə"nin müdafiəçisi Premyer Liqa klubunda"Neftçi" növbəti transferini reallaşdırılıb. Premyer.az xəbər verir ki, "ağ-qaralar" "Binə"nin müdafiəçisi Fərid Abbaslını heyətinə qatıb. Futbolçu ilə yanvarın 8-i müqavilə imzalanacaq.

Birinci Divizion klubunun mətbuat xidməti yaydığı məlumatda bildirilir ki, 20 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında son verilib və o, bundan sonra "Neftçi"də çıxış edəcək.
Qeyd edək ki, Abbaslı "Keşlə"nin yetirməsidir. Gənc müdafiəçi daha əvvəl MOİK, AZAL və U-21 yığmasının da formasını geyinib.
 
FOTO: RAUF İSKƏNDƏROV
252     
Reklam

Reklam