» » » “Qəbələ” qış təlim-məşq toplanışına start verir

“Qəbələ” qış təlim-məşq toplanışına start verir

"Qəbələ” qış təlim-məşq toplanışına start verir. Azərbaycan kubokunun 1/4 final mərhələsinin 2017-ci il dekabrın 15-də keçirilən "Səbail”lə səfər matçından sonra istirahətə buraxılan "qırmızı-qaralar” sabah bir araya gələcək. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşmaq üçün qonşu Türkiyəyə yollanacaq. Antalya şəhərində baş tutacaq hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. Komandamız yanvarın 5-dən 17-dək davam edəcək ilk mərhələdə üç yoxlama oyunu keçirəcək. "Qəbələ” yanvarın 10-da Türkiyənin "Akhisar Bələdiyyəspor” klubu ilə, 14-də Qazaxıstanın "Atırau” komandası ilə, 17-də isə İsveçrə təmsilçisi "Sürix”lə qarşılaşacaq. 
Üç günlük istirahətdən sonra yanvarın 21-də yenidən bir araya gələcək "qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. İkinci mərhələdə komandamız 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Yanvarın 24-də Makedoniyanın "Rabotniçki”,  27-də Rusiyanın "Arsenal”, 31-də Çexiyanın "Bohemians” klubu ilə görüşəcək "qırmızı-qaralar” fevralın 3-də Makedoniya "Şkendiya”sı ilə üz-üzə gələcək.
56     
Reklam

Reklam