» » » “Qəbələ” bir futbolçusu ilə yollarını ayırdı

“Qəbələ” bir futbolçusu ilə yollarını ayırdı

"Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırıb. Premyer.az bildirir ki, Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 2017-ci yayından komandamızda çıxış edən legioner 2017-2018-cı illər mövsümünün ilk yarısında "Qəbələ”nin şərəfini qoruyub. Endi "qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 8 oyun keçirib. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.
"Qəbələ” İdman Klubu Endi Hallidey və komandamızdan gedən digər futbolçulara - Ekiqo Ehiosun, Aqil Məmmədov və Tellur Mütəllimova "qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, hər birinə gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

71     
Reklam

Reklam