» » » "Neftçi"də iki baş məşqçi TƏYİNATI

"Neftçi"də iki baş məşqçi TƏYİNATI

"Neftçi"də iki baş məşqçi TƏYİNATI"Neftçi"də yeni baş məşqçi təyinatları rəsmiləşib. Premyer.az xəbər verir ki, "ağ-qaralar"ın əvəzedici və 17 yaşlılardan ibarət komandalarının məşqçilərinin adları müəyyənləşib. 

Əvəzedici komanda Vadar Nuriyevə tapşırılıb. Son olaraq MOİK-də çalışan mütəxəssislə ötən gün razılıq əldə olunub. Nuriyev bu postda "Xəzər"in baş məşqçisi təyin olunan Elşad Əhmədovu əvəzləyib. 
17 yaşlılardan ibarət komanda isə Müşviq Qənbərova həvalə olunub. Qənbərov 17 yaşlıladan ibarət milli komandamıza köməkçi-məşqçi təyin olunan Arslan Quliyevin yerinə gətirlib.
 
Mənbə: Futbol11.az
178     
Reklam

Reklam