» » » "Xəzər" Premyer Liqa klubunun futbolçusunu TRANSFER etdi

"Xəzər" Premyer Liqa klubunun futbolçusunu TRANSFER etdi

"Xəzər" Premyer Liqa klubunun futbolçusunu TRANSFER etdi I Divizionda çıxış edən "Xəzər" klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.

Premyer.az  klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mövsümün birinci yarısını Premyer Liqada "Kəpəz"də keçirmiş 24 yaşlı yarımmüdafiəçi Aydın Qasımovla mövsümün sonuna qədər müqavilə imzalanıb. 
Aydın Qasımov AZAL, "Qaradağ Lökbatan” və MOİK klublarının da şərəfini qoruyub.
Qeyd edək ki, "Xəzər" daha öncə 25 yaşlı yarımmüdafiəçi Tanrıverdi Məhərrəmlini "Səbail"dən icarəyə götürüb.
104     
Reklam

Reklam