» » » "Neftçi"dən ayrılan futbolçu yeni klubda. Maaşı da bəllidir!

"Neftçi"dən ayrılan futbolçu yeni klubda. Maaşı da bəllidir!

"Neftçi"dən ayrılan futbolçu yeni klubda. Maaşı da bəllidir!Topaz Premyer Liqasında mövsümün ilk hissəsini 5-ci pillədə başa vuran "Neftçi"də növbəti ayrılıq reallaşıb. "Ağ-qaralar" 21 yaşadək futbolçlardan ibarət milli komandamızın sabiq üzvü Tərzin Cahangirovla yollarını ayırıb. 

Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, artıq yarımmüdafiəçinin yeni klubunun adı da bəlli olub. 25 yaşlı oynuçu "Kəpəz"lə müqavilə imzalyacaq. Hazırda Rusiyada olan oyunçu ölkəmizə qayıtdıqdan sonra "sarı-göylər"lə münasibətlərini rəsmiləşdirəcək. 
Tərzinin Gəncə klubunda alacağı məvacib də bəlli olub. "Neftçi"də ayına 5000 alan oyunçu, "Kəpəz"də 2500 manat qazanacaq. 
Qeyd edək ki, Cahangirov karyerası ərzində "Qəbələ", "Sumqayıt" və "Zirə" kimi komandalarda forma geyinib.
221     
Reklam

Reklam