» » » "Kəpəz" 8 futbolçu ilə yollarını ayırdı

"Kəpəz" 8 futbolçu ilə yollarını ayırdı

"Kəpəz" 8 futbolçu ilə yollarını ayırdı"Kəpəz”in əsas komandasının səkkiz üzvü ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Premyer.az xəbər verir ki, komandadan gedən futbolçuların hamısı yerli oyunçu statusunda çıxış edənlər olub. Belə ki, qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb. Sonuncu öz istəyi ilə komandanı tərk edib.
Qeyd edək ki, "sarı-göylər" bundan öncə Viktor Oseqeyl, Dialo Samba və Ba Aladji Mansurla yollarını ayırıb. 
106     
Reklam

Reklam