» » » “Neftçi”dən ayrılaraq Türkiyə klubuna keçdi (FOTO)

“Neftçi”dən ayrılaraq Türkiyə klubuna keçdi (FOTO)

“Neftçi”dən ayrılaraq Türkiyə klubuna keçdi (FOTO)"Neftçi”də növbəti ayrılıq reallaşıb. Premyer.az Futbol11.az-az istinadən xəbər verir ki, ukraynalı Kirill Petrov "ağ-qaralar”ın sıralarını tərk edib.

Mərkəz müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək. O, ikinci liqada mübarizə aparan "Girəsunspor” klub ilə anlaşıb. Petrov yeni komandasının Antalyada baş tutacaq təlim-məşq toplanışına qatılacaq.
Türkiyə çempionatının II liqasında çıxış edən "Girəsunspor” 17 turdan sonra 4-cü pillədə qərarlaşıb.  
Qeyd edək ki, bununla da "Neftçi”dən gedən futbolçuların sayı 11-ə çatıb. Paytaxt klubu bundan öncə Pavel Dreksa, Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Məqsəd İsayev, Maksim Vaylo, Təyyar Məmmədov, Edson Kastilyo, Huqo Barqas və Daniel Seqoviya ilə yollarını ayırmışdı.


194     
Reklam

Reklam