» » » "Neftçi"dən ayrılan iki məşqçi milliyə təyinat aldı

"Neftçi"dən ayrılan iki məşqçi milliyə təyinat aldı

"Neftçi"dən ayrılan iki məşqçi milliyə təyinat aldı"Neftçi" iki məşqçi ilə yollarını ayırıb.

Premyer.az xəbər verir ki, "ağ-qaralar"ın əvəzedicilərinin məşqçisi Aleksandr Qross və U-17 komandasının baş məşqçisi Arslan Quliyevin müqavilələrinə xitam verilib.
Hər iki məşqçi bundan sonra Azərbaycanın aşağı yaş qrupu üzrə yığmalarında çalışacaqlar. Qross U-19-un baş məşqçisi Vüqar Məmmədin köməkçisi olacaq. Quliyevin isə U-17-nin məşqçilər korpusunda yer alacağı gözlənilir. Bu yaş qrupu üzrə komandaya Ramin Quliyev başçılıq edir.
225     
Reklam

Reklam