» » » Birinci Divizion təmsilçisi Antalyaya yollanır

Birinci Divizion təmsilçisi Antalyaya yollanır

Birinci Divizion təmsilçisi Antalyaya yollanırBirinci Divizion təmsilçisi "Xəzər"in qış fasiləsindəki planları müəyyənləşib. Premyer.az xəbər verir ki, komanda 2017/2018-ci illər mövsümünün ikinci yarısına hazırlığa yanvarın 4-də start verəcək. Hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər. Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Hazırlıq çərçivəsində 5 yoldaşlıq görüşü də planlaşdırılıb. Rəqiblər barədə əlavə məlumat veriləcək.
212     
Reklam

Reklam