» » » Səlahət Ağayev "Neftçi"dən ayrılır?

Səlahət Ağayev "Neftçi"dən ayrılır?

"Qəbələ"dən ayrılan Aqil Məmmədovun "Neftçi"yə keçəcəyi gözlənilir. Bu keçid baş tutsa, millimizin qolkiperi sabiq komandası ilə 1,5 illik müqavilə imzalacaq.

Belə olan halda "Neftçi"də 3 qapıçı olacaq: Rəşad Əzizli, Aqil Məmmədov və Səlahət Ağayev. Daha öncə Aqil Məmmədovla AZAL-da çalışan Əhmədovun məhz Aqilə güvənəcəyi ehtimal edilir.
Digər iki qapıçıdan birinin "Neftçi"ni tərk edəcəyini düşünmək olar. Premyer.az bildirir ki, Futbol11.az saytına açıqlama verən Səlahət Ağayev "Neftçi"dən ayrılmaq fikrində olmadığını bəyan edib: "Komandadan niyə ayrılım ki? Hazırda hamı istirahətdədir. Lakin mən məşqlərimi davam etdirirəm. Bir müddət zədəli olduğum üçün yaşıl meydanlardan kənarda qalmışdım. Özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır. Əsas heyətdə oynayıb-oynamaycağım isə baş məşçimizin qərarıdır".
Qeyd edək ki, Səlahət Ağayev yayda "Keşlə"dən "Neftçi"yə üz tutmuşdu.
324     
Reklam

Reklam