» » » "Qəbələ"dən ayrılan millinin qapıçısı yeni klubda

"Qəbələ"dən ayrılan millinin qapıçısı yeni klubda

"Qəbələ"dən ayrılan millinin qapıçısı yeni klubdaAzərbaycan milli komandasının qapıçısı Aqil Məmmədov "Qəbələ"dən ayrılıb. Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli "çərçivə qoruyucusu" bu gün "qırmızı-qaralar"la yollarını ayırıb. 

Bu barədə məlumatı saytımıza açıqlamasında qolkiper özü təsdiq edib. O, klub rəhbərliyi ilə danışıq apardığını və qarşılıqlı razılıq əsasında komandadan ayrıldığını bildirib. 
Bizdə olan məlumata görə, Məmmədovun yeni klubu "Neftçi" olacaq. O, yaxın günlərdə "ağ-qaralar"la ilyarımlıq müqavilə imzalayacaq. 
Qeyd edək ki, Aqil Məmmədov "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da forma geyinib. 
176     
Reklam

Reklam