» » » Azərbaycan - Gürcüstan qarşılaşmasının stadionu açıqlandı

Azərbaycan - Gürcüstan qarşılaşmasının stadionu açıqlandı

Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyununun hansı stadionda keçiriləcəyinə aydınlıq gəlib.

Premyer.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, oyun Antalyadakı "Mardan” idman kompleksinin 7938 tamaşaçı tutumuna malik stadionunda keçiriləcək.
Bu oyun Qurban Qurbanovun millimizin "sükanı arxasında” debüt matçı olacaq.
Qarşılaşma gələn il fevralın 2-də keçiriləcək.
 
Qeyd edək ki, həmyerlimiz Telman İsmayılovun sahibi olduğu bu stadion 2008-ci ildə açılmışdır.

95     
Reklam

Reklam