» » » "Sumqayıt"dan daha bir TRANSFER

"Sumqayıt"dan daha bir TRANSFER

2016/17 mövsümünün ilk hissəsinin ən yaxşı oyun sərgiləyən komandalarından olan "Sumqayıt" transfer çalışmalarını davam etdirir. "Keşlə"dən Elnur Abdullayevi heyətinə qatan "kimyaçılar" daha bir futbolçunun keçidini həll etmək üzrədir. 

Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Keşlə"nin futbolçusu Mirsahib Abbasovla razılıq əldə edib. "Kimyaçılar" yaxın günlərdə paytaxt klubu ilə danışıqlara başlayacaq və futbolçunun keçidini həll edəcək. Gənc yarımmüdaiəçi komanda ilə ilyarımlıq müqaviləyə imza çəkəcək. 
Qeyd edək ki, Mirsahib Abbasovun hazırda "Neftçi"də top qovan qardaşı Mirabdulla Abbasov ötən mövsüm icarə əsasında "Sumqayıt"da çıxış edib.
 
FOTO: RAUF İSKƏNDƏROV
158     
Reklam

Reklam