» » » Çin klubundan “Qarabağ”ın futbolçusuna "gülməli təklif"

Çin klubundan “Qarabağ”ın futbolçusuna "gülməli təklif"

Çin klubundan “Qarabağ”ın futbolçusuna "gülməli təklif""Qarabağ” hücumçusu Dino Ndlovunun Çinin "Xançjou Qrintaun” klubuna keçidinə razılıq verib. Bu haqda Cənubi Afrikanın soccerladuma.co.za saytı məlumat yayıb. İddia edilib ki, qış transfer pəncərəsi açılandan sonra Ağdam klubu Ndlovunu 750 min avro təzminat almaqla həmin kluba satacaq. Çin klubunun Cənubi Afrika millisinin hücumçusu ilə 2 illik müqavilə bağlayacağı bildirilib.
"Qarabağ”ın Ndlovunun transferinə razılıq verməsinə əsas səbəb kimi, bu futbolçu ilə gələn ilin yayında müqaviləsinin başa çatacağı göstərilib. Ona görə də klubun Ndlovunu 6 ay əvvəldən satmaqla maddi gəlir götürmək istədiyi yazılıb.
Qeyd edək ki, daha öncə Çin klubunun Ndlovuya görə "Qarabağ”a 1 milyon avro ödəyəcəyi bildirilirdi. "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Xançjou Qrintaun”dan təklif aldıqlarını təsdiqləsə də, bununla bağlı dəvəti "gülməli təklif” adlandırmışdı.
408     
Reklam

Reklam