» » » "Şahdağ" Qusar FK-nın baş məşqçisi: "Oyun əsl derbi oyunu kimi keçdi"

"Şahdağ" Qusar FK-nın baş məşqçisi: "Oyun əsl derbi oyunu kimi keçdi"

Dekabrın 18-də AFFA-nın təşkilatçılığı ilə ilk dəfə start götürən Region Liqasında 1-ci turun oyunları keçirilib.
 
Premyer.az xəbər verir ki, "Şimal derbisi" olaraq adlandırılan maraqlı qarşılaşmalardan biri də Qusarda baş tutub.
 
Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçirilən oyunda Quba və Qusarın eyni adlı "Şahdağ" komandaları bir araya gəlib. Qarşılaşmada minimal hesabla (1:0, qol - Habil Nurəhmədov, 70-ci dəq.) qusarlılar qalib gəlib.
 
Oyundan sonra qalib komandanın baş məşqçisi Kamran Əlibabayev, ARB kanalına verdiyi müsahibədə oyun haqqında öz fikirlərini bildirib:
 
"20 ildir görüşmürdük bir-birimizlə. Belə baxanda 1:0 qalib gəldik, amma Quba futbolçuları çox gözəl oyun nümayiş etdirdilər. Oyun əsl derbi oyunu kimi keçdi."
351     
Reklam

Reklam