» » » "Sumqayıt" FK qış fasiləsində ilk TRANSFER-ini reallaşdırdı

"Sumqayıt" FK qış fasiləsində ilk TRANSFER-ini reallaşdırdı

"Sumqayıt" Futbol Klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib. Premyer.az xəbər verir ki, "kimyaçılar" son olaraq "Keşlə"də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu komandayla 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Elnur karyerası ərzində "Keşlə"dən (32 oyun, 2 qol) başqa, "Simurq" (13 oyun, 1 qol), "Xəzər Lənkəran" (114 oyun, 10 qol), "Muğan" (42 oyun, 2 qol), "Bakı" (69 oyun, 3 qol), "Olimpik" (12 oyun), "Neftçi" və "Turan"ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.
100     
Reklam

Reklam