» » » Yakub Jezniçak azərbaycanlı fanatlarını həyəcanlandırdı (FOTO)

Yakub Jezniçak azərbaycanlı fanatlarını həyəcanlandırdı (FOTO)

"Qarabağ" komandasının polşalı legioneri Yakub Jezniçak öz azərbaycanlı fanatlarını bir az həyəcanlandırıb.
 
Premyer.az xəbər verir ki, "Kuba" ləğəbli futbolçunun öz "Instagram" səhifəsindəki Azərbaycana və "Qarabağ"a aid şəkillərin yoxa çıxması, azarkeşlərin haqlı narazılığına səbəb olub.

Premyer.az xəbər verir ki, Jezniçak bununla bağlı açıqlama verərək bildirib ki, onun Instagram səhifəsi xakerlərin hücumuna məruz qalaraq, səhifədəki bir çox şəkillər silinib.
 
Daha sonra səhifəni bərpa edən Yakub, yenidən "Qarabağ"la bağlı şəkilləri yükləyərək, hər şeyin qaydasında olduğunu və narahatçılığa səbəb olmadığını bildirib.

Yakub Jezniçak azərbaycanlı fanatlarını həyəcanlandırdı (FOTO)
799     
Reklam

Reklam